Dəmir yolunda sıxlıq artıb - İslamiada ilə əlaqədar

14:00 - 10 May 2017 - Xəbər

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxta gələn vətəndaşların çoxu dəmir yolundan istifadəyə üstünlük verir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu səbəbdən də mayın 1-dən sərnişin qatarlarında sıxlıq müşahidə olunur: "Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişinlərin sayı adi günlərə nisbətən 10-15% artıb. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir".

Xəbər xətti