Nazirlik: “Azərbaycana birbaşa olaraq Çin istehsallı dərmanlar gətirilmir”

13:15 - 10 May 2017 - Xəbər

Səhiyyə Nazirliyi Azərbaycana Çin istehsallı dərmanların gətirilməsinə münasibət bildirib

Səhiyyə Nazirliyi Çin istehsallı bəzi dərmanların Azərbaycana Avropa şirkətlərinin istehsalı olan dərmanlar kimi gətirilməsinə münasibət bildirib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib ki, Azərbaycana gətirilən bütün dərmanların keyfiyyəti diqqətlə öyrənilir, hər birinin seriyası ciddi şəkildə yoxlanıldıqdan sonra onların idxalına icazə verilir:
“Azərbaycana birbaşa olaraq Çin istehsallı dərmanlar gətirilmir”.

Xəbər xətti