Azərbaycanın yeni snayper silahı- “Vaşaq” Türkiyədə sərgidə

12:41 - 9 May 2017 - Xəbər

Azərbaycan Müdafiə Sənyesi Nazirliyi (MSN) Türkiyədə keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisində “Vaşaq” adlı yeni snayper tüfəngini ilk dəfə nümayişə çıxarıb.Ucnoqta.az “AzeriDefence”ə istinadən xəbər verir ki, yeni snayper tüfəngi MSN-in stendində “Yalquzaq” və “Yırtıcı” snayper tüfəngləri ilə yanaşı yer alıb. Bu dəfəki sərgidə “İstiqlal” və “Mübariz” snayer tüfəngləri ilk dəfədir ki yer almır.
Bundan əvvəl “Vaşaq” 2016-cı ilin sentyabr ayında Bakıda ADEX-2016 sərgisində nümyiş etdirilib.
Bikalibr snayper tüfəngi olan “Vaşaq”da zərbə mexanzmini və lüləsini dəyişməklə iki fərqli kalibrdə patronla –  .338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.
Snayper tüfəngi üzərindəəki pikatini tamasaları vasitəsi ilə müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək doldurma (bolt action) iş prinsipi ilə işləyir.


Xəbər xətti