Gədəbəydə 7 otaqlı evdə yanğın olub

10:01 - 7 May 2017 - HADİSƏ

Gədəbəydə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 10 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti