Qadın ölümündən 12 saat sonra polisə zəng etdi

10:40 - 6 May 2017 - MARAQLI

ABŞ-da maraqlı olay baş verib. 911 operatoru olaraq çalışan adı açıqlanmayan polis məmurunun başına gələnlər eşidənləri şoka salıb. Yaşlı bir qadın 911-ə zəng edərək özünü yaxşı hiss etmədiyini, telefonunu söndürəcəyini, lakin ön qapını açıq qoyacağını söyləyir. Səlahiyyətlilər qısa müddət içində hadisə yerinə getdiyində qadını ölü tapırlar. Polisin istintaqı zamanı isə tükürpədici faktın üstü açılır. Məlum olur ki, qadın zəngdən 12 saat əvvəl ölüb. Güman edilir ki, polisə zəng edən şəxs qadını ölmüş halda tapan biridir. Lakin hadisəyə qarışmaq istəməyən həmin adam qadının təqlidini edərək 911-ə zəng vurub və yoxa çıxıb. (milli.az)

Xəbər xətti