Hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salındı

15:21 - 5 May 2017 - Xəbər

Londonun "Hitrou" hava limanında təyyarə uçuşları təhlükəsizliyə görə dayandırılıb. Aeroport nümayəndəsi reyslərin qısa müddətə təxirə salındığını bildirib. Hazırda hava limanında polis çalışır. "The Sun" nəşri gecikmələrin minlərlə sərnişinə təsir etdiyini yazıb. "Hitrou" aeroportunun saytı isə 9 reys üzrə uçuşların təxirə salındığını xəbər verib.("Report")

Xəbər xətti