48 hərbi avtomobil və 250 hərbçidən ibarət karvan Suriyaya göndərildi

11:28 - 5 May 2017 - Xəbər

ABŞ 48 hərbi avtomobil və 250 hərbçidən ibarət karvanı “PYD” nəzarət altında olan Suriyanın Malikiyə bölgəsinə göndərib. Bir neçə gün əvvəl, Türkiyə terrorçu PKK qruplaşmasının Suriyanın Karaçok bölgəsindəki düşəgrəsini bombalayandan sonra ABŞ “PYD”-yə 22 TIR-la silah-sursat və avtomobil yardım edib. Qeyd edək ki, rəsmi Ankara PYD-ni terrorçu qruplaşmanın tərkibi sayaraq, ABŞ-dan onlara silah-sursat yardımı etməməyə çağırır. ABŞ isə bu qüvvələrdən terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etdiyini bildirir.(“Report”)

Xəbər xətti