Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hertsoqu Filipp payızdan etibarən kral vəzifəsini yerinə yetirməyəcək. Qərarı şahzadə Filippin özü qəbul edib və kraliça həyat yoldaşını dəstəkləyib. Qeyd edək ki, iyun ayında Edinburq hersoqunun 96 yaşı olacaq. Sarayın rəsmi bəyanatında şahzadənin avqust ayına qədər əvvəlcədən müəyyən olunmuş qrafik üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəyi göstərilib. O, yeni dəvəti qəbul etməyəcək, amma ara-sıra müəyyən ictimai tədbirlərə qatılacaq.( BBC)