Zərdabda 62 yaşlı kişi özünü tövlədə asdı
12:37 - 8 Aprel 2017 - HADİSƏ
Zərdab rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Zərdab rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.