Rusiya Ermənistanda hərbi təlimlər keçirir

13:51 - 6 Aprel 2017 - Xəbər

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasında xidmət edən təyyarəçilərin Radio-Lokasiya Stansiyasının hesablaması üzrə təlimləri keçirilir.  “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. İnformasiyaya əsasən, təlimə 200-dən çox hərbçi, 50-yə yaxın qırıcı və xüsusi hərbi texnika, o cümlədən “MiQ-29” qırıcısı, “Mi-24” helikopteri, “Mi-8MT” hərbi-nəqliyyat helikopteri, “ZRS S-300V” və “ZRK Buk-M1-2” zenit-raket kompleksləri, eləcə də “Terek” adlı “P-18” radiolokasiya stansiyası da cəlb edilib.
Təlimə Ermənistan hərbçiləri də qatılıb. 

Xəbər xətti