Nardaranda silah-sursat tapılıb

12:33 - 6 Aprel 2017 - Xəbər

Aprelin 5-də Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yerləşən hazırda istifadə olunmayan “Hacı Əbdül” hamamında silah-sursat gizlədildiyi barədə məlumat daxil olub. DİN-dən ucnoqta.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda “AKS” markalı avtomat, 4 əl qumbarası, 50 avtomat patronu, 2 qumbara alışdırıcısı və dini mərasimlərdə istifadə olunan zəncir” aşkar edərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti