Prezident İlham Əliyev mükafata layiq görülüb

11:29 - 6 Aprel 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin İstanbul vilayəti Çəkməköy rayon bələdiyyəsinin çıxardığı “Çekmeköy 2023” dərgisinin Beynəlxalq Dostluq Mükafatına layiq görülüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, mükafat prezident İlham Əliyevə 15 iyul - dövlət çevrilişi cəhdinə qarşı çıxaraq Türkiyə dövlətinin tərəfində duran ilk dünya lideri olduğuna üçün verilib. Dərginin bununla bağlı təşkil etdiyi tədbirdə mükafat Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevə təqdim edilib.
Qeyd edək ki, 2007-ci ildə yaradılan Çəkməköy bələdiyyəsinə ilk seçki 2009-cu ildə keçirilib. Bələdiyyənin qurucu başqanı seçilən Əhməd Poyraz 2014-cü ildə də seçicilərin etimadını qazanıb.
“Çekmeköy 2023” dərgisi 2014-cü ilin dekabrından ayda 1 dəfə çap edilir. Dərgi ikinci dəfə özünün  təsis etdiyi mükafatların təqdimat mərasimini keçirib.

Xəbər xətti