"CinemaPlus" və "Park Cinema" kinoteatrlar şəbəkələrinin nəyisə bölüşdürə bilməməsi və aralarında münaqişə olmaları barədə şayiələr həqiqətə uyğun deyil." "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib ki,"Bəzi filmlərin bir şəbəkədə göstərilib, digərində göstərilməməsi hər kinoteatrın bir neçə ay əvvəldən hazırlanan öz repertuar planlaşdırması ilə əlaqədardır. Bəzi yerli kino istehsalçıları filmi ekrana buraxmazdan əvvəl kinoteatrlarla məsləhətləşmir. Buna görə də repertuar planlaşdırmasında artıqlıq yaranır. Bu baxımdan bu və ya digər filmin repertuarda yer almaması olduqca normal haldır", - baş direktor bildirib.
“CinemaPlus” yeganə kinoteatr şəbəkəsidir ki, yerli dublyajın inkişafına investisiya edir və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Digər kinoteatrlar belə layihələri mənfəətli hesab etmirlər, bu kontenti qəbul etmirlər. Baxmayaraq ki, dublyaj “Cinemazadeh” studiyasında peşəkarlar tərəfindən edilir. Bizim üçün çox vacibdir ki, azərbaycanlı tamaşaçılar sevdikləri xarici filmləri doğma dillərində baxsınlar".
O, "CinemaPlus"un Bakıdan kənarda, Gəncə şəhərində müasir, 5 zallı kinoteatr açan ilk şəbəkə olduğunu xatırladıb: "Bu layihə təkcə paytaxtda yox, həm də Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına böyük təkan verəcək."report