Azərbaycanda bir sıra kabel şəbəkəsi yayımçıları qanunsuz fəaliyyət göstərir

15:24 - 5 Aprel 2017 - Xəbər

"Azərbaycanda bir sıra kabel şəbəkəsi yayımçıları qanunsuz fəaliyyət göstərir". Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki,  bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyb. O bildirib ki, belə hallar kütləvi saydadır: "Dəfələrlə bu məsələni qaldırmışıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə müraciət etmişik, amma nəticə yoxdur. Bizim hər bir evə ayrıca girmək səlahiyyətimiz yoxdur. Amma qurumlar bu işin öhdəsindən gələ bilərlər".

Xəbər xətti