2015-2016 mövsümündə UEFA-nın gəlirləri 4,58 milyard avro, xərcləri isə 3,31 milyard avro təşkil edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun maliyyə hesabatında bildirilir. Beləliklə, təmiz qazanc 1,27 milyard avro olub.
Gəlirlərin 2,16 milyard avrosu teleyayım, 928 milyon avrosu kommersiya hüquqlarının, 286,5 milyon avrosu bilet satışından, 142,4 milyon avrosu qonaqpərvərlik xidmətindən əldə olunub. Digər maddələr üzrə gəlir 37,2 milyon avro təşkil edib.
UEFA 2014-2015 mövsümündə 2 dəfə az - 2,099 milyard avro qazanıb. Gəlirlərin artması 2016-cı ildə Avropa çempionatının keçirilməsi ilə əlaqədardır.
Avropa futbol qurumu 2015-2016 mövsümündə yarış iştirakçılarına daha çox - 2,27 milyard avro ödəniş edib. Turnirlərin keçirilməsinə 537,7 milyon avro xərclənib. 2014-2015 mövsümündə xərclər az - 1,98 milyard avro olub.