Kömrükdə külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

12:06 - 5 Aprel 2017 - Xəbər

Aksiz  Baş Gömrük  İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub. DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi “MERCEDES 190” markalı,  minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən  8360 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağl araşdırma aparılır.     

Xəbər xətti