İranın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar bu gün səhər saatlarında Məşhəd şəhərinin cənub-şərqindən 94 kilometr uzaqlıqda qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılarla bağlı məlumat yoxdur.qafqazinfo