Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakının Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılır.
Qeyd edək ki, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.