Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub. Ucnoqta.az xəbər verir ki, bu haqda Axar.az-a sərnişinlərdən biri məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.
Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.
Qadın xəstəxanaya aparılıb.
***
Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “20 Yanvar” stansiyasında baş verən hadisə ilə bağlı danışıb.
Onun sözlərinə görə, orta yaşlı qadının təhlükəsizlik xəttini keçərək qatar yoluna çıxması nəticəsində qatar ona dəyib. Nəticədə qadın xəsarət alaraq yıxılıb:
“Hadisə bu gün 10:15-də metronun “20 Yanvar” stansiyasında baş verib. Sərnişin Rəfiqə Adigözəlova adlı orta yaşlı bir qadındır. O, hadisə yerinə təcili tibbi yardım maşını çağırıldıqdan sonra xəstəxanaya aparılıb.
Hazırda onun durumu haqda məlumatımız yoxdur”.