Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova məlumat verib. "Partlayış yerində 11 nəfər həyatını itirib, 3 nəfər isə aldığı xəsarətlərdən müalicə müəssisəsində dünyasını dəyişib"- o deyib. Onun sözlərinə görə hazırda xəstəxanada 49 nəfər xəsarət alan var.