Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq edib. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: "Dilbarə Əliyevanın ölümü haqqında məlumatı səhər saatlarında aldıq. Hazırda xəstəxanaya gedirik".
Baş konsulun sözlərinə görə, partlayış zamanı xəsarət alan azərbaycanlının vəziyyəti isə stabildir: "O, hələ xəstəxanadadır".
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.