Sankt-Peterburqda metroda baş verən partlayışın səbəbləri məlum deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən əvvəl deyib.
O, hadisə ilə bağlı istintaqın başladığını deyib: “Bütün versiyalar nəzərdən keçirilir – həm məişət, həm kriminal, həm də terrorçuluq versiyaları diqqətə alınır. Yaxın zamanlarda istintaq baş verənlərlə bağlı dəqiq məlumatı çatdıracaq”.