Sankt-Peterburq metrosunda partlayış: 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb-FOTOLAR

16:43 - 3 Aprel 2017 - DÜNYA

Sankt-Peterburq şəhərinin metropolitenində partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.   Partlayışın “Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.
Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb. Apa


Xəbər xətti