Əfranın İsmayılovun yubiley oyunu

15:16 - 3 Aprel 2017 - İDMAN

Topaz Premyer Liqasının XXIV turu “Qarabağ”da yubileylə əlamətdar olub.PFL-in saytında verilmiş xəbərə görə, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət təmsilçisinin heyətində 200-cü matçını keçirib. 
Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 90 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.
İsmayılov  "Qarabağ"da 2006/07 mövsümündə debüt edib. O,  komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.

Xəbər xətti