Yumurtanın qiyməti kəskin ucuzlaşdı – VİDEO

11:31 - 3 Aprel 2017 - İQTİSADİYYAT

Azərbaycanda satılan yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir. "Xəzərtv" xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsulun bolluğu ilə əlaqələndirirlər. Həm bazarda, həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq 9, 8, hətta 7 qəpikdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb. Satıcılar bunu quşçuluq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsulun bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar. Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.

Xəbər xətti