Masallıda marşrut avtobuslarının akkumulyatorları oğurlanıb

18:07 - 2 Aprel 2017 - HADİSƏ

 Masallı rayonunda avtobusların akkumulyatorları oğurlanıb. Ucnoqta.az-ın "report"a istinadən verdiyi xəbərə görə, oğurluq hadisəsi Masallı-Boradigah marşrutu üzrə işləyən 22 saylı sərnişin mikroavtobuslarının Ərkivan qəsəbəsindəki qarajda baş verib.
Sürücülər hadisə barədə "102" xidmətinə məlumat veriblər. Səhər marşrut üzrə xəttə çıxmaq istəyən sürücülər akkumulyatorların oğurlandığını görüblər. Sürücülərə ümumilikdə 1350 manat dəyərində ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti