Bərdə rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.