Ağdaşda 76 yaşlı kişi özünü asıb

13:15 - 1 Aprel 2017 - HADİSƏ

Ağdaş rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbər xətti