Bakıda "KİA" və “Mercedes” toqquşub

12:20 - 1 Aprel 2017 - HADİSƏ

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində  Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.  
KİA və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

Xəbər xətti