Biləsuvarda Masallı sakini və İran vətəndaşından narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürülüb.