“Binə” ticarət mərkəzində yanğın olub

11:53 - 1 Aprel 2017 - HADİSƏ

Bu gün səhər “Binə” ticarət mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti