Neftçalada bədbəxt hadisə baş verib. Ucnoqta.az-ın Apa-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Haqverdili kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinarın altında qalaraq dünyasını dəyişib.