Bu küçələrdə hərəkət məhdudlaşdırılır

17:27 - 31 Mart 2017 - Xəbər

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyyə olunur.


Xəbər xətti