Mərkəzi Neftçilər Xəstəxanasında seminar keçirilib - FOTOLAR

13:44 - 31 Mart 2017 - Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycan Tibb Assosiasiyasının Anesteziologiya və Reanimatologiya Dərnəyinin növbəti seminarı keçirilib. Seminarda "Sepsis və onun müalicəsi", "Neyroaksial blokadalar və onların praktik istifadəsi", "Periferik sinir blokadaların müasir anesteziologiyada yeri" mövzularında leksiyalar dinlənilmiş və diskussiyalar aparılıb. Seminarda ölkənin müxtəlif xəstəxanalarından 150-dən artıq anestezioloq-reanimatoloq iştirak edib.
 

 

 

 

 

 

Xəbər xətti