Bakıda dəhşətli intihar: 57 yaşlı kişi qol və boyun damarlarını kəsdi

12:08 - 31 Mart 2017 - HADİSƏ

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əlif Hacıyev küçəsi 37 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 57 yaşlı Kamal Məmmədxan oğlu Əzizov yaşadığı evin hamamında qollarını və boğazını kəsib. Çoxlu qan itirən K. Əzizov hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Xəbər xətti