Səfirliyin avtomobili qəzaya düşdü - Bakıda

11:13 - 31 Mart 2017 - HADİSƏ

Bakının mərkəzində səfirlik avtomobili qəzaya uğrayıb. Lent.az xəbər verir ki, gecə saatlarında Puşkin küçəsi ilə Xaqani küçələrinin kəsişməsində, naməlum avtomobil küçədə dayanmış ABŞ-nın Azərbaycandakı səfirliyinə məxsus və səfirliyin əməkdaşı Maykl Meridisin idarə etdiyi 006 D005 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili vurub. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb. Araşdırma aparılır.

Xəbər xətti