Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verib

10:56 - 31 Mart 2017 - Xəbər

 "Azəbaycan Beynəlxalq Bankı" ASC "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib. "Report"un əldə etdiyi məlumata görə, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Baghlan Group FZCO" şirkətinin sahibi "Bakı" klubunun prezidenti Hafiz Məmmədovdur. 

Xəbər xətti