“WhatsApp”da virus yayılıb

17:10 - 30 Mart 2017 - Xəbər

Populyar “WhatsApp” messencerində virus yayılıb. Ucnoqta.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.
Hakerlər fotolar, videolar, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlarlardan oğurlamağı bacaran virus hazırlayıblar. Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.
“WhatsApp”ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.

Xəbər xətti