Londonun şimalında 41 yaşlı sahibi Mario Perivoytos BBC telekanalına müsahibə verərkən Stafforşir bullteryeri sahibinə hücum edib və onu parçalayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, it sahibinə ciddi xəsarət yetirib. Zərərçəkən şəxs çoxlu qan itirib və xəstəxanada keçinib. İti xüsusi sığınacağa yerləşdiriblər, onun öldürülüb-öldürülməyəcəyinə dair qərar sonra veriləcək. Yerli KİV M.Perivoytosun heroin və metamfetamin asılılığının olduğunu, onun evinə tez-tez kənar şəxslərin gəldiyini, mənzildə səs-küy, dava-dalaş olduğunu yazıb. Eyni zamanda, qonşular mərhumun bulteryerinin yaxşı it olduğunu və hətta bir dəfə sahibi huşunu itirib yıxılarkən onu xilas etdiyini, dişləyə-dişləyə ayıltdığını bildiriblər.