Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib. Daxili İşlər Nazirliyindən ucnoqta.az-a verilən məlumata görə, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib. Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb. Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.