"Qarabağ - əsirlər və girovlar. Közərən xaç" sənədli filminin təqdimatı keçiriləcək

14:36 - 30 Mart 2017 - Cəmiyyət

Martın 31-də «Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənəcək tədbirdə kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri iştirak edəcəklər. 
Təqdimatı keçiriləcək sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. 
Adından göründüyü kimi, ekran işi Ermənistanın işğalı nəticəsində əsir götürülmüş həmvətənlərimizə həsr olunub. Filmdə konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib. 
Qeyd edək ki, təqdimat saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Xəbər xətti