"Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişiklik edilir

14:31 - 30 Mart 2017 - İQTİSADİYYAT

 "Azərbaycan Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
"Report"un verdiyi xəbərə görə, dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilir və 49.1-ci maddə ləğv edilir.
Qeyd edək ki, hazırda qanunun 49.1.1 maddəsində deyilir ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
49.1.2 maddədə isə qeyd olunub ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, AMB emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

Xəbər xətti