AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək

12:09 - 30 Mart 2017 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək. Ucnoqta.az xəbər verir ki, AMB-dən "APA-Economics"ə verilən məlumata görə, martın 31-də keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01 - 14,99% təşkil edir.
Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Xəbər xətti