Argentina Futbol Federasiyası millinin futbolçusu Lionel Messiyə verilən cəzaya etiraz edəcək. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə qurumun prezidenti Klaudio Tapiya məlumat verib. O, 29 yaşlı hücumçuya verilən cəzanı haqsız hesab edib: "Yaxın vaxtlarda biz apellyasiya şikayəti verəcəyik".
Qeyd edək ki, L.Messi DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb.