Xocalı soyqırımı ilə bağlı petisiya hazırlanıb

17:30 - 29 Mart 2017 - Xəbər

Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya 10 mindən çox şəxs imza atıb


Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib. Sənədə hazırda 10 mindən çox şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 15 min imzaya ehtiyac var.
Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanıb. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılıb. Sənəddə məlumat verilib ki, insanlığa qarşı böyük terror aktını bır sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılıb.
Azərbaycan Mətbuat Şurası petisiyaya imza atmağa, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə çağırır.


https://www.change.org/p/%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F-%D0%B4%D1%83%D0%BC%D0%B0-%D1%84%D1%81-%D1%80%D1%84-%D0%BF%D1%80%D0%B8%D0%B7%D0%BD%D0%B0%D1%82%D1%8C-%D0%B3%D0%B5%D0%BD%D0%BE%D1%86%D0%B8%D0%B4-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%86%D0%B5%D0%B2-%D0%B2-%D1%85%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D1%8B-25-26-%D1%84%D0%B5%D0%B2%D1%80%D0%B0%D0%BB%D1%8F-1992-%D0%B3%D0%BE%D0%B4%D0%B0

Xəbər xətti