Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun 1-ci Şıxlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Əhmədova Yeganə Zakir qızı yolu keçmək istəyən zaman hələ ki markası və sürücüsü bilinməyən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya sağ təpə nahiyəsinin yumuşaq toxumunun əzilməsi və hematoma, sağ incik sümüyünün sınığı diaqnozu qoyulub. Y.Əhmədovaya ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün tapılması istiqamətində tədbirlər görülür.report