Moskva polisi Rusiya Daxili İşlər Nazirliyinin Təmir-tikinti işləri üzrə idarə rəisinin qatilini axtarır. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib. “Şübhəlinin tutulması ilə bağlı bütün əməliyyat-axtarış və istintaq tədbirləri görülür”, - deyə o vurğulayıb. Onun sözlərinə görə, martın 27-də avtomobilini dayanacaqda saxlayan zaman naməlum şəxslər nazirliyin əməkdaşına hücum ediblər: “Onun portfelini götürüblər və hələlik müəyyən edilməyən silahdan döş qəfəsi nahiyəsinə atəş açıblar. O, aldığı güllə yarasından hadisə yerində ölüb”.