"Rusiyanın qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur." "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i faktı" qəzetinə müsahibəsində bildirib.
"Rusiya dinc dövlətdir. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz mehriban qonşuluq ruhunda əməkdaşlıq qura biləcəyimiz firavan, çiçəklənən ölkələr ilə əhatə olunmaqda maraqlıyıq", - S.Lavrov deyib.