Polis əməkdaşları Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistin itmiş telefonunu tapıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, martın 25-də Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ RPŞ-yə müraciət edib.
Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.