Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.